Pedaqoji Şura iclası
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/173762505367920dddd068e1.08622914.png)
2023-2024-cü tədris ilinin yekun Pedaqoji şura iclası keçirildi. Gündəlikdə duran məsələlər haqqında məktəbin direktoru Rəhilə Baxşıyeva məlumat verdi. 2023-2024-cü tədris ilinin yekunları, şagirdlərin sinifdən-sinfə keçirilməsi, IX-XI siniflərin buraxılış imtahanlarının və III sinif şagirdlərinin monitorinq nəticələrini pedoqoji kollektivlə müzakirə etdi. Məktəbdə psixoloji işlərin və tərbiyə işlərinin təşkili, şagirdlərin uğurları, digər cari məsələlər haqqında danışdı. Sonda hər bir məsələ haqqında pedoqoji şura qərar verdi. Gələcək tədris ili ilə bağlı müəyyən müzakirələr olundu. Məktəbin direktoru Rəhilə Baxşıyeva növbəti tədris ilində yeni-yeni uğurlar qazanmaq diləyi ilə hər kəsə xoş istirahətlər arzuladı.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi #fəalməktəb