Nailiyyətlərimiz

"Şanlı bayrağım" adlı bədii qiraət müsabiqəsi 31 oktyabr 2023-cü il tarixində 9 noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə  Xəzər Gənclər Evində "Şanlı bayrağım" adlı bədii qiraət müsabiqəsi keçirildi. Müsabiqədə məktəbimizi X "C" sinif şagirdi Amil Mirzəyev təmsil etdi. Müsabiqədə Amil Mirzəyev I yerə layiq görülərək diplomla mükafatlandırıldı və şəhər turuna vəsiqə qazandı.

“Zəfər dastanı” adlı onlayn respublika şeir müsabiqəsi     Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsi keçirilmişdir. Bu müsabiqədə məktəbimizi  şeir nominasiya  üzrə məktəbin X "C" sinif şagirdi Amil Mirzeyev təmsil etmişdir. Amil hər iki mərhələdən uğurla keçərək finala yüksəlmiş və ikinci yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edirik. 

"Zəfər tarixi-2" Esse OlimpiadasıAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və " Bakı İnsan Hüquqları" Məktəbi İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Zəfər tarixi-2" Esse Olimpiadasında məktəbimizin IX sinif şagirdi Fatimə Cavadzadə I yerə layiq görüldülər.Şagirdlərimizi təbrik edirik.

HAQQIMIZDA

Məktəb 1935-ci ildə tikilmiş və 1946-ci  ildən məktəb kimi fəaliyyətə başlamışdır. Məktəb binası 350 şagird üçün nəzərdə tutulmuşdur. Məktəbimiz qəhrəman Elçin Şəmiyevin adını daşıyır. Elçin Şəmiyev 18 yanvar 1965...

BİZİM FƏXRLƏRİMİZ

Nəcəf Cəfərov Siyavuş

Fatimə Hüseynova Rza

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi