“MÜTALİƏ RUHU” adlı respublika yaradıcılıq müsabiqəsi
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/17377136856793681524cd63.24516028.jpg)
“MÜTALİƏ RUHU” adlı respublika yaradıcılıq
müsabiqəsinin ilk sərgisi acıldı.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Uşaq Sənəti Qalareyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə kitab mütaliəsinə rəng qatan illüstrasiya ənənəsini unutdurmamaq məqsədilə uşaq, yeniyetmə və gənclər arasında elan olunmuş “MÜTALİƏ RUHU” adlı respublika yaradıcılıq müsabiqəsinin yekun sərgisində məktəbin 13 şagirdi iştirak etdi.
Sərgini giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasınım direktor müavini Gülşən Qəribli açdı. Söz alan Azərbaycan Rəssamlar İttifaqı sədr müavini,professor Ağəli İbrahimov, Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Səfərova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi elm, təhsil və gənclərlə iş sektorunun müdiri Kənan İbrahimov, Azərbaycan Rəssamlıq Akademiyasınin dosenti ,sənətşünas Samir Sadiqov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov öz fikir və arzularını bölüşdülər. Sərgi sertfikatların təqdim olunması ilə davam etdi.