Kiçik Akademiya

"Step enerji " layihəsi22 noyabr 2023-cü il tarixində Xəzər rayonu Kiçik Akademiya mərkəzində - E. Əliyev adına 234 nömrəli tam orta məktəbdə keçirilən "Kiçik Akademiya" üzvlərinin "Heydər Əliyev ili" nə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq görüşündə məktəbimizi Vll "L" sinif şagirdi Valeh Süleymanlı "Step enerji " layihəsi ilə təmsil etmişdir.

Ətraflı

Beynəlxalq Təhsil Günü24 Yanvar Beynəlxalq Təhsil Günü ilə əlaqədar olaraq Kiçik Akademiyanın prezidenti Cəmilə Məmmədovanın təşkilatçılığı ilə məktəbimizin VI "L" sinif şagirdləri "Bilim Baki" tədris mərkəzində Robotexnika və Sahibkarlıq dərslərində böyük maraqla iştirak etmişlər. Məqsəd uşaqların elmə maraqlarını artırmaq və dünyagörüşlərini inkişaf etdirməkdir.

Ətraflı

Şagirdlərimiz Bilim Bakı MərkəzindəŞagirdlərin elmə, innovasiya və texnologiyaya maraq və biliklərinin artırılması məqsədilə məktəbimizin 6 L sinif şagirdləri Kiçik Akademiyanın prezidenti Cəmilə Məmmədovanın təşkilatçılığı ilə Bilim Bakı Mərkəzində keçirilən Texnologiya sahəsi üzrə Robot proqramlaşdırma, Astronomiya sahəsi üzrə Ayın fazaları təlimlərində iştirak etmişlər.

Ətraflı

“Kiçik Akademiya” üzvlərinin təqdimatı keçirildiMay ayının 16-da məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” üzvlərinin təqdimatı keçirildi. Təqdimatı giriş sözü ilə açan məktəbin direktoru Rəhilə Baxşıyeva “Kiçik Akademiya” üzvlərinə araşdırmalarının onlar üçün nə qədər faydalı olduğunu, bir tədqiqatçı kimi yetişmələrinə kömək etdiyini bildirdi. Riyaziyyat müəllimi Nazim Qardaşova Cəfərovanın təşkilatçılığı ilə şagirdlər Elmlər Akademiyasında apardıqları araşdırmaları təqdim etdilər.

Ətraflı

"Kiçik Akademiya"nın Azərbaycan dili və Ədəbiyyat, biologiya fənləri üzrə təqdimat keçirildiMəktəbimizdə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin 2018/2019- cu tədris ilinin II yarımilində ilk təqdimatı keçirilib.Təqdimatda məktəbin müdiriyyəti və fənn müəllimləri iştirak ediblər. Bu müzakirədə Azərbaycan dili, ədəbiyyat və biologiya fənləri üzrə elmi iş yazmış şagirdlərin təqdimatı dinlənilib. Şagirdlərin çıxışından sonra məktəbin direktoru Rəhilə Baxşıyeva və direktor müavini Nazim Qardaşov şagirdlərə kiçik elmi axtarışlarında müvəffəqiyyətlər arzulayıb, onlara öz tövsiyələrini veriblər.

Ətraflı

Sabahin alimləri   IX-XI sinif şagirdləri arasında keçirilən "Sabahın alimləri" VIII Respublika müsabiqəsində İsmayıl Nuriyev  mühəndislik nominasiyası üzrə iştirak etmiş və sertifikatla tərtif olunmuşdur. 

Ətraflı

"Duzların hidrolizi" adlı “Açıq dərs” keçirildi31 may 2019-cu il tarixində "Kiçik Akademiya"nın növbəti təqdimatı keçirildi. Məktəbin kimya müəllimi Şəlalə Hesenova 8a sinifdə “Açıq dərs” verdi. ”Açıq dərs”in mövzusu duzların hidrolizi idi. Dərsdə müzakirə, tədqiqatçılıq, cədvəllərlə iş, BİBÖ, Venn dioqramı təlim üsullarından istifadə olundu. Fərdi və qruplarla iş aparıldı. Öncə müəllim əlavə motivasiya edici suallar verdi. Sinif 4 qrupa bölünmüşdü: Dissosiasiya, İondəyişmə, Elektroliz, Hidroliz. Müəllim qruplara müəyyən tapşırıqlar verdi. Tapşırıqların cavablandırılmasına 10-12 dəqiqə vaxt sərf olundu. Sonra qruplar öz işlərini təqdim edib, apardıqları reaksiyaları izah etdilər. Sonda məktəb rəhbərliyi tərəfindən dərsin gedişatı müzakirə olundu və müəllimənin dərsi yaxşı qiymətləndirildi.

Ətraflı

Məktəbdə fəaliyyət göstərən "Kiçik akademiya"barədə ümumi məlumatElçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2015-ci il tarixdən fəaliyyətə başlayıb. İlk gündən əsas məqsədimiz IX-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəflərimizdəndir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılıb. Məsələn, humanitar bölmədə Azərbaycan dili, mütaliə sevərlər, hərbi vətənpərvərlik, tarix kafedraları mövcuddur. Yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib. Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. Məktəbdə təşkil olunan Kiçik Akademiyanın tərkibi aşağıdakı kimidir: Prezident - Əfsanə Dəmirçiyeva (10a) I vitse prezident – Eldar Baxşəliy (9b) II vitse prezident – Anar Məlikov (10c) III vitse prezident – Günel Quliyev (10c) Kafedra rəhbərləri: Azərbaycan dili kafedrası – Xoşqədəm Salmanova (10ç) Fizika kafedrası – Rəşad Əliyev (11d) Coğrafiya kafedrası – Asəm Abbasova(10a) Riyaziyyat kafedrası – Mircavid Əhədzadə (10b) Tarix kafedrası – Yusif Turabov (10ç) Kimya\biologiya kafedrası – Sürəyya Manaflı (10c)

Ətraflı
HAQQIMIZDA

Məktəb 1935-ci ildə tikilmiş və 1946-ci  ildən məktəb kimi fəaliyyətə başlamışdır. Məktəb binası 350 şagird üçün nəzərdə tutulmuşdur. Məktəbimiz qəhrəman Elçin Şəmiyevin adını daşıyır. Elçin Şəmiyev 18 yanvar 1965...

BİZİM FƏXRLƏRİMİZ

Vaqif Gülhmdov Mamed

Həmidə Cəfərova Mehman

HAQQIMIZDA

Məktəb 1935-ci ildə tikilmiş və 1946-ci  ildən məktəb kimi fəaliyyətə başlamışdır. Məktəb binası 350 şagird üçün nəzərdə tutulmuşdur. Məktəbimiz qəhrəman Elçin Şəmiyevin adını daşıyır. Elçin Şəmiyev 18 yanvar 1965...

BİZİM FƏXRLƏRİMİZ

Vaqif Gülhmdov Mamed

Həmidə Cəfərova Mehman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi