HAQQIMIZDA

Məktəb 1935-ci ildə tikilmiş və 1946-ci  ildən məktəb kimi fəaliyyətə başlamışdır. Məktəb binası 350 şagird üçün nəzərdə tutulmuşdur. Məktəbimiz qəhrəman Elçin Şəmiyevin adını daşıyır. Elçin Şəmiyev 18 yanvar 1965-ci ildə anadan olmuşdur. O,orta təhsilini Binə qəsəbəsindəki 117 saylı məktəbdə almış, 101 saylı peşə məktəbini bitirmişdir. O,1992-ci il 26 fevral  tarixində Xocalı rayonunda gedən  döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Daha sonra 2007-ci ildə 1000 nəfər şagird üçün əlavə korpus tikilmişdir və hazırda 2 növbədə 4416 şagird təhsil alır. Məktəb 2 növbəli 138 sinif olmaqla 6 günlük iş rejimi ilə işləyir. 61 sinif ibtidai, 77 sinif isə V-XI sinifləri əhatə edir. Məktəbdə 247 müəllim fəaliyyət göstərir. Şagirdlərimiz 2015-2016-ci ildə keçirilən Lütfi-zadə adına Məntiq olimpiadasında 1 qızıl,1 bürünc, 2016-2017-ci ildə Dünya məktəbi və Xəzər Universitetinin təşkil etdiyi "Riyaziyyat ağlın simasıdır" olimpiadasında 3 qızıl,1 bürünc medalla təltif olunmuşdular. Tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar Allahverdiyeva Farizə və Şükürlü Ləman qızıl medalla təltif olunmuşdur. 2015-2016-cı il 11-ci sinif buraxılış imtahanında Arzu Abdullayeva 690 bal toplamışdır. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə Bakı şəhəri 149 nömrəli tam orta məktəb 2009/2010- cu tədris ilində keçirilmiş "50 ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi, 2015-2016-cı tədris ilində də yenidən 2-ci dəfə "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. 2021-2022-ci ilə 2 şagirdimiz qızıl, 1 gümüş medalla təltif olunmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi