Təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu prosesinə start verilib

1 may 2025-ci il tarixindən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu prosesinə start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron qaydada aparılır.

Təxminən 85 min uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

1 may, saat 11:00-dan – valideynlər üçün şəxsi kabinetin yaradılması və qeydiyyat mərhələsi başlayır.

6 may tarixindən – Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsi aktiv olacaq.

Tətbiq edilən yeniliyə əsasən bu ildən etibarən şəxsi kabinetə giriş “Digital Login” – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi vasitəsilə həyata keçirilir.

Artıq 4000-dən çox istifadəçi şəxsi kabinet yaradaraq qeydiyyatdan uğurla keçib.

 

Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibə və seçim:

6–20 may – digər dillərdə tədris olunan bölmələr üzrə I sinfə qəbul üçün müsahibələrə yazılma mərhələsi.

12–31 may – müsahibələrin keçirilməsi.

17 iyun – 12 sentyabr – müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi

 

Prioritetli məktəblərə qəbul (Bakı, Sumqayıt, Gəncə, Abşeron)

Azərbaycan bölməsi üzrə:

➤ 6 may, saat 11:00 – 5 iyun

Digər dillərdə tədris üzrə:

➤ 17 iyun, saat 11:00 – 17 iyul

Bu tarixlərdə prioritetli məktəblərə müraciətlər prioritet əsaslı qəbul olunacaq. Sonradan isə həmin məktəblərə qəbul sərbəst şəkildə həyata keçiriləcək.

Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerli təhsil idarələri və mektebeqebul.edu.az portalı vasitəsilə açıqlanacaq.

 

Aşağıdakı təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub:

“Ankara məktəbi” məktəb-liseyi

160 nömrəli Klassik gimnaziya

İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi

Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq.

 

Digər 6 məktəb (İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyinin) üzrə isə müsabiqənin keçirilib-keçirilməməsi müraciət sayına əsasən qərarlaşdırılacaq.

Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixində başa çatacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi