Cerebry layihəsi
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/17375482096790e1b17a06f8.15258199.jpg)
22 yanvar2025-ci il tarixində məktəbin IX və X siniflərində Cerebry layihəsi üzrə Azərbaycan dili fənnindən BSQ-lər keçirildi.
Cerebry layihəsinin əsas məqsədi şagirdlərdə səriştəəsaslı tapşırıqların həlli bacarıqlarını inkişaf etdirmək, zehni fəaliyyətin təhlil olunması, müxtəlif sahələrdə tətbiq oluna biləcək yeni texnologiyalar və alqoritmlərin tətbiq olunması, süni intellekt və neyroelmi prinsipləri bir araya gətirərək, insan beyni ilə əlaqəli məlumatların işlənməsi, öyrənilməsi və analizinin aparılmasından ibarətdir. Bu layihə çərçivəsində şagirdlərimiz riyaziyyat və təbiət elmlərində kompetensiyaya əsaslanan tapşırıqlar üzərində çalışaraq biliklərini təkmilləşdiriblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi #fəalməktəb