Nailiyyətlərimiz

Leya və Rəsul bu dəfə idmanda uğur qazandılarDəfələrlə müsabiqələrdə qalib olmuş və müxtəlif dərəcəli diplomlara layiq görülmüş, 7c sinif şagirdi Mehtiyeva Leya və 5c sinif şagirdi Mehtiyev Rəsul həm müəllim, həm də şagird kollektivinin rəğbətini qazanmaqdadır. Özlərini müxtəlif sahələrdə sınamış Leya və Rəsul bu dəfə idmanda uğur qazandılar. Onlar Azərbaycan Respublikası “CİU-CİTSU” Milli Federasiyası Beynəlxalq “CİU-CİTSU” Federasiyasının üzvü “Dinamo” idman klubunda öz yaşıdları arasında keçirilmiş yarışda diplomlara layiq görülmüşlər. Biz də şagidlərimizi təbrik edir və növbəti uğurlarının davamını gözlədiyimizi vurğulayırıq.

Azərbaycan XXI əsr istedadlılarıbaxmayaraq həyat fəlsəfəsi daha geniş və dərin olan Alsu uşaqlıqdan fəal, ünsiyyətcil, insanlarla tez bir zamanda müəyyən mövzu ətrafında söhbət etməyi bacaran, rus,ingilis və alman dillərini sərbəst şəkildə bilən, liseyin hər bir tədbirində iştirak edən, rəsmlə məşğul olan, dərslərini yaxşı oxuyan, hər bir uğuru üçün özünü valideynlərinə və müəllimlərinə borclu hesab edən, asudə vaxtlarında kitab oxumağı sevən, "Kitab oxumaq ağıllı insanlarla söhbət etmək deməkdir" devizini seçən, tarixin yaddaşında istedadlı həkim kimi qalmaq istəyən "Şagird Akademiyasının Rəhbəri"dir. Eyni zamanda liseyin 5a sinif şagirdi Orucov Fərid Azərbaycan Respublikası" Azərbaycan çempionatında Liboksing-Çitsu kontak" üzrə yaşıdları arasında II yerə layiq görülmüşdür. Hər iki şagirdimizə uğurlar.

Futbol uğurumuzSağlam bədəndə sağlam ruh olar. Bu ideya daima şagirdlərimizə aşılanır. Fiziki sağlamlıq, düzgün həyat tərzi və düzgün psixoloji tərbiyə ilə mümkün olur. Dəyərli şagirdlərimizlə bu istiqamətdə müxtəlif formalı işlər aparılır. Elə bunun nəticəsidir ki,yeniyetmələrimiz müxtəlif səviyyəli idman yarışlarında alib olurlar. Bu dəfə Xa sinif şagirdi Musayev Tahirin uğurlarına sevindik. O, "Azərbaycan Respublikası Sağlamlıq mərkəzi tərəfindən futbol üzrə Ən yaxşı yarımmüdafiəçi" seçilmişdir. Şagirdimizi təbrik edir, ona uğurlar arzu edirik.

HAQQIMIZDA

147 №li Texniki-humanitar lisey dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə 1999-cu ildə Xətayi rayonunda yerləşən 147 №li tam orta məktəbin əsasında yaradılmışdır. Yaradılmasında məqsəd vətənə, millətə, d&ou...

BİZİM FƏXRLƏRİMİZ

Kənan Mehdizadə Ağaəmi

Arif Əhmədli Dönməz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi