
- Arif Əsədov Alim
- Vəzifə: Direktor
- Fənn: Azərbaycan dili, Ədəbiyyat
- Bitirdiyi təhsil müəssisəsi: BDU
- Təvəllüd: 30.01.1982
- İlk fəaliyyət ili: 01.09.2016
- E-mail: arif_alim@mail.ru
1982-ci ildə Neftçala rayonunda anadan olmuşdur. 2003-cü ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə, 2005-ci ildə həmin Universitetin magistr pilləsini Dünya ədəbiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2008-ci illərdə BDU-nun əyani doktoranturasında təhsil almışdır. Alimlik dərəcəsi almaq üçün "Yeni Amerika (ABŞ) nəsri və Azərbaycan ədəbi-nəzərii fikri" mövzusunda elmi dissertasiya müdafiə etmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. Əmək fəaliyyətinə 2005-ci ildə "Respublika" qəzetində müxbir, "Rəy" monitorinq şirkətində region nümayəndəsi, 2008-ci ildə "Zirvə MMC"də müdir müavini, 2010-cu ildə "Qafqaz MMC"da müdir müavini, 2011-ci ildə TQDK-da məsləhətçi, 2012-2013-cü illərdə TQDK-da baş məsləhətçi, 2013-2014-cü illərdə TQDK-da dərsliklər üzrə elmi-metodiki seminarın rəhbəri, 2015-ci ildə "Çağdaş Təfəkkür ADH"da müdir müavini, 2005-ci ildən TQDK-da test tapşırıqları üzrə ekspert kimi fəaliyyət göstərmişdir. Bununla yanaşı, bir çox elmi və tədris metodiki kitabların, monoqrafiya, dərs vəsaitlərinin, test toplularının, Azərbaycanda, ABŞ, Türkiyə, Rusiya, Qazaxıstan, Kanadada nəşr olunmuş elmi məqalələrin müəllifi və həmmüəllifidir. Hazırda pedaqogika üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün elmi dissertasiya üzərində işləyir. 2016-cı il 1 sentyabr tarixindən liseyimizdə direktor vəzifəsində çalışır.
Ailəlidir,3 övladı var.