Nailiyyətlərimiz

Rəsm müsabiqəsində növbəti uğurLiseydə müxtəlif sahələr üzrə təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində sistemli və ardıcıl işlər həyata keçirilməkdədir. Elə bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Azərbaycan Milli Avtomobil Klubu" İctimai Birliyinin "Yol təhlükəsizliyi məktəblilərin obyektivində" mövzusunda keçirilmiş müsabiqədə şagirdlərimizin göndərdiyi iki əsər yüksək yer qazanmışdır. Plakat nominasiyası üzrə IX sinif şagirdi Gülər Həsənalıyevanın rəsm əsəri II, X sinif şagirdi Məmmədqulu Məmmədzadənin rəsm əsəri V yeri qazanmışdır. Şagirdlərin dünyagörüşünün, bacarıq və səriştələrinin inkişafı, təlim keyfiyyətlərinin artırılması istiqamətində bu kimi müsabiqələrin müstəsna əhəmiyyəti vardır. Təşkilatçılara minnətdarlığımızı bildirir, şagirdlərimizə və liseyimizə yeni müvəffəqiyyətlər diləyirik.

Leya və Rəsul bu dəfə idmanda uğur qazandılarDəfələrlə müsabiqələrdə qalib olmuş və müxtəlif dərəcəli diplomlara layiq görülmüş, 7c sinif şagirdi Mehtiyeva Leya və 5c sinif şagirdi Mehtiyev Rəsul həm müəllim, həm də şagird kollektivinin rəğbətini qazanmaqdadır. Özlərini müxtəlif sahələrdə sınamış Leya və Rəsul bu dəfə idmanda uğur qazandılar. Onlar Azərbaycan Respublikası “CİU-CİTSU” Milli Federasiyası Beynəlxalq “CİU-CİTSU” Federasiyasının üzvü “Dinamo” idman klubunda öz yaşıdları arasında keçirilmiş yarışda diplomlara layiq görülmüşlər. Biz də şagidlərimizi təbrik edir və növbəti uğurlarının davamını gözlədiyimizi vurğulayırıq.

Azərbaycan XXI əsr istedadlılarıbaxmayaraq həyat fəlsəfəsi daha geniş və dərin olan Alsu uşaqlıqdan fəal, ünsiyyətcil, insanlarla tez bir zamanda müəyyən mövzu ətrafında söhbət etməyi bacaran, rus,ingilis və alman dillərini sərbəst şəkildə bilən, liseyin hər bir tədbirində iştirak edən, rəsmlə məşğul olan, dərslərini yaxşı oxuyan, hər bir uğuru üçün özünü valideynlərinə və müəllimlərinə borclu hesab edən, asudə vaxtlarında kitab oxumağı sevən, "Kitab oxumaq ağıllı insanlarla söhbət etmək deməkdir" devizini seçən, tarixin yaddaşında istedadlı həkim kimi qalmaq istəyən "Şagird Akademiyasının Rəhbəri"dir. Eyni zamanda liseyin 5a sinif şagirdi Orucov Fərid Azərbaycan Respublikası" Azərbaycan çempionatında Liboksing-Çitsu kontak" üzrə yaşıdları arasında II yerə layiq görülmüşdür. Hər iki şagirdimizə uğurlar.

HAQQIMIZDA

147 №li Texniki-humanitar lisey dünyaşöhrətli alim, akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə 1999-cu ildə Xətayi rayonunda yerləşən 147 №li tam orta məktəbin əsasında yaradılmışdır. Yaradılmasında məqsəd vətənə, millətə, d&oum...

BİZİM FƏXRLƏRİMİZ

Azər Həsənov Kamil

Rauf Babayev İsa

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM