Bürünc medalçılarSASMO 2022 - Beynəlxalq Riyaziyyat Olimpiadasında 8 C sinif şagirdləri Şabanov Ülvi və Əsgərov Kamil bürünc lll yerə çıxmışdır. 07.06.2022-ci il tarixində şagirdlər bürünc medal və sertifikatlarla təltif olundular. Şagirdlərimizi təbrik edir və uğurlar arzulayırıq !
STEAM uğurumuzPaytaxtın ümumi təhsil müəssisələrinin 130 komandası "STEAM Azərbaycan Festivalı 2021"də (“SAF 2021”) iştirak etdilər.Liseyimiz də ilk dəfə bu Festivalda iştirak edərək, 4 - cü yeri tutdu.
Şagirdimizin uğuru147№-li Texniki-humanitar liseyin 11c sinif şagirdi Mirzəyev Ülvi Səməd oğlu 2021-ci ilin dekabr ayında " İ-STEM Olympiad "adını daşıyan yarışmada iştirak etmişdir. Bu müxtəlif yaş qrupları uşaqları arasında keçirilən olimpiadadır. Təşkilatçılar tərəfindən ciddi nəzarət altında il ərzində onlayn şəkildə keçirilir. Şagirdimiz bu olimpiadada bizim ölkənin iştirakçıları arasında II, dünya ölkələrinin iştirakçıları arasında XIII oldu. Bu yüksək nəticəyə əsasən Ülvi yarışmanın fevral-mart aylarında keçiriləcək növbəti mərhələsinə keçmişdir.
O, həmçinin, noyabr ayında “American Mathematics Competitions” Beynəlxalq riyaziyyat olimpiadasında iştirak etmişdir. Bu növ olimpiada müxtəlif yaş qrup uşaqları arasında onlayn şəkildə keçirilir.
Bu olimpiada-imtahan alqoritmik təfəkkürə arxalanaraq qısa müddətdə qərarlar qəbul etmək bacarığını tələb edir. Riyaziyyat üzrə keçirilən, mürəkkəbliyinə görə çətin olimpiadalar sırasına daxil olan " Amerika Riyaziyyat Olimpiadası"nda uğurla iştirak etmişdir. Bu yarış bütün dünya üzrə keçirilir və ən çətin olimpiadalardan biri hesab edilir. Aparılan test böyük təcrübə, sürətli hesablamaq, alternativləri axtarma bacarığı, ağıl çevikliyi tələb edir. Şagirdimizi bu uğurlarına görə qürur duyur, təbrik edirik!