Nailiyyətlərimiz

Şagirdimizi siz də tanıyın!...Şagirdimizi siz də tanıyın!... Liseyin seçilən şagirdlərindən biri Xl C sinif şagirdi Mirzəyev Ülvi dərslərdəki fəallığı ilə yanaşı, bir çox müsabiqə və yarışlarda yüksək səviyyədə iştirak edir. O bütün fənləri sevir, ancaq riyaziyyata daha çox maraq göstərir. Ülvi artıq bir neçə ildir ki, dünyada keçirilən olimpiadalarla maraqlanır və özünü bu beynəlxalq olimpiadalara qatılaraq sınayır. Bu il o, bir neçə beynəlxalq yarışlarda yüksək nəticə qazanmışdır. Növbəti uğur qazandığı olimpiadalardan biri SASMO təşkilatı tərəfindən keçirilən Amerika Riyaziyyat Olimpiadasında oldu. Bu olimpiada ən çətin olimpiadalardan biri hesab edilir və beynəlxalq turnirlər siyahısına daxildir və l-Xl siniflər arasında keçirilir. Ülvi bu olimpiadada Azərbaycanın Xl sinif şagirdləri arasında 5-ci, dünya üzrə isə 36-cı yeri tutmuşdur. Göstərdiyi bilik və nailiyyətlərə görə sertifikat və bürünc medala layiq görülmüşdür.

Liseyimizin məzunu Vaqif Əliyev qızıl medal və xüsusi nümunəli attestatla təltif olundu.Dünya şöhrətli Azad Mirzəcanzadənin təməlini qoyduğu 147 nömrəli Texniki -humanitar lisey bu gün ilk dəfə yeni bir uğura imza atdı.Liseyimizin məzunu Vaqif Əliyev qızıl medal və xüsusi nümunəli attestatla təltif olundu.Bu münasibətlə Ə.Vaqifi və bütün kollektivi təbrik edirik. 147 THL ailəsi olaraq bu uğura sevinir və səninlə qürur duyuruq!

Beynəlxalq Rəsm MüsabiqəsiLiseyimizin 5a sinif şagirdi Leyla Babazadə "Toyota-Arzuların maşını" Beynəlxalq Rəsm Müsabiqəsinin qalibi olmuşdur! O, 8-11yaş kateqoriyası üzrə 2-ci yerə layiq görülmüşdür. Qeyd edək ki, iştirak edən 277 şagirddən ancaq 9 nəfərin rəsmi Ümumdünya "Toyota Dream Car" müsabiqəsində iştirak etmək üçün Yaponiyaya göndəriləcək. Onlardan biri də, liseyimizin demək olar ki, ən balaca qızı Leylanın çəkdiyi rəsmdir. Leyla qızımıza Yaponiya seçim mərhələsində də, uğurlar arzulayırıq.

HAQQIMIZDA

147 №li Texniki-humanitar lisey dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə 1999-cu ildə Xətayi rayonunda yerləşən 147 №li tam orta məktəbin əsasında yaradılmışdır. Yaradılmasında məqsəd vətənə, millətə, d&ou...

BİZİM FƏXRLƏRİMİZ

Fidan Zeynallı Əli

Tariel Mirzəyev Nüsrət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi