Liseyimizin uğuru!Dünyaca məşhur startup poland şirkətinin Azərbaycan Respublikası ilə, birgə keçirdiyi V4ATB(Azerbaijan tech bridge) tədbirində bir neçə mərhələni uğurla keçərək, Polşada keçiriləcək grand finala vəsiqə alan lisey komandamızı ürəkdən təbrik edirik. Asiyadan iştirak edən 3 komandadan biri, Respublikamızı isə, təmsil edən yeganə komandamıza uğurlar arzulayırıq!!
Şagirdimizin uğuruRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Code and More” təqaüd proqramı çərçivəsində, liseyimizin 7 c sinif şagirdi Eyvazlı Ömər 7 aylıq təlimi uğurla başa vuraraq, növbəti uğura imza atıb, beləki həmin təlimlər çərçivəsində ölkəmizdə keçirilən gələcəyin ixtiraçılarını bir araya gətirən
"TEKNOFEST Azərbaycan" festivalında finala vəsiqə qazanaraq " FIBERSPACE " komandası adı altında yarışıb. Şagirdimizə bundan sonra da fəaliyyətində uğurlar və yeni-yeni naliyyətlər arzulayırıq.
Buraxılış imtahanlarında yüksək nəticələr12-13 Mart tarixlərində DİM tərəfindən keçirilən buraxılış imtahanlarında 51 nəfər XI sinif şagirdlərimizdən 24-ü 200 -dən çox bal toplamışdır. 200 baldan yuxarı nəticəsi olan şagirdlərin siyahısı:
1. İsayev Nahid -287
2. Hümbətov Turxan- 276
3. Məcidli Nicat -275
4. Qəhrəmanov Amin - 271
5. Süleymanova Nazilə -270
6. Əsgərli Rəhman - 267
7. Novruzu Elbəy -262
8. Əliyev Vaqif - 259
9. Mirzəyev Ülvi -258
10. Kərimov Əli -257
11. Seyidli Səid - 256
12. İsmayılova Fatimə- 242
13. Mədətov Nicat - 241
14. Seyidov Şahin - 241
15. İmaməliyev Baqir -237
16. Mirzəzadə Sərdar - 234
17. Piriyev Fazil - 229
18. Məmmədova Fidan - 224
19. Aslanlı Nihad - 217
20. Əsədli Kənan - 215
21. Rəsulzadə Nilufər - 214
22. Babayeva Nəzrin - 208
23. Abıyev Nicat - 207
24. Quliyev Yusif - 206