"Ölkəmizi Tanıyaq" tur-aksiyasına start verildi.
14 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirildi. Tədbirdən əvvəl tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri,mötəbər qonaqlar,valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak edirdilər.Onlar öz çıxışlarında bu layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verdiyini qeyd etdilər,gənclərimizə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini öyrətməklə yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacağından bəhs etdilər.Tur aksiyasında həmçinin bizim məktəbin XI sinif şagirdi A.Zərbəliyava da iştirak edirdi.Novruz bayramının əsas simaları olan Kosa,keçəl və Bahar qızı tur-aksiya iştirakçılarını salamladı,daha sonra məktəblilər Binəqədi rayonu gənclərinin ifasında bayram müsiqilərini dinlədilər, qonaqlar aksiya iştirakçılarının ifasında “Şərur yallısı” nı izlədilər. Sonda Tur-aksiyanın iştirakçıları üzərində “Ölkəmizi tanıyaq” sözləri yazılmış tortu kəsdilər.