1b sinif şagirdləri tanınmış İtalyan yazıçısı Conni Rodarinin (Gianni Rodari) məşhur “Çipollino” əsərinin tamaşasına baxmaq üçün teatr səfərində iştirak etdilər.

Şagirdlərin dünya görüşünün genişləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və mədəniyyətə maraqlarının artırılması məqsədilə məktəbimizin ibtidai sinif müəllimi Aynur Əliyevanın rəhbərliyi altında 1b sinif şagirdləri tanınmış İtalyan yazıçısı Conni Rodarinin (Gianni Rodari) məşhur “Çipollino” əsərinin tamaşasına baxmaq üçün teatr səfərində iştirak etdilər.

Bu tədbir çərçivəsində şagirdlər dünya ədəbiyyatının incilərindən birinə əsaslanan səhnə əsərini izləyərək həm maraqlı vaxt keçirdilər, həm də ədəbiyyata, incəsənətə və teatr sənətinə olan maraqlarını daha da artırdılar. Tamaşa uşaqlara ədalət, dostluq və birlik kimi mühüm dəyərlərin əhəmiyyətini anladaraq onların mənəvi dünyasının zənginləşməsinə töhfə verdi.

Bu kimi mədəni tədbirlər şagirdlərin estetik zövqünün formalaşmasına və yaradıcı baxışlarının genişlənməsinə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi