Ümumdünya Kitab və Müəllif Hüquqları Gününü Kahoot Yarışı ilə Qeyd Etdik

Ümumdünya Kitab və Müəllif Hüquqları Gününü Kahoot Yarışı ilə Qeyd Etdik!

23 Aprel – Ümumdünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə məktəbimizdə maraqlı və öyrədici bir tədbir keçirildi. 8-ci sinif şagirdləri arasında Kahoot platforması üzərindən təşkil edilən intellektual yarış iştirakçılarda böyük maraq oyatdı.

Yarışda verilən suallar həm bu əlamətdar günün mahiyyətinə, həm də 8-ci sinif ədəbiyyat dərsliyinə əsaslanaraq tərtib olunmuşdu. Şagirdlər biliklərini yoxlamaqla yanaşı, müəllif hüquqları barədə də dəyərli məlumatlar əldə etdilər.

Ən yüksək nəticə göstərən şagirdimiz 1-ci yerə layiq görülərək xüsusi hədiyyə ilə mükafatlandırıldı. Bu yarış həm şagirdlərə kitab sevgisini aşıladı, həm də onların bilik yarışına olan marağını artırdı.

Ədəbiyyatla dolu belə anlar, gələcəyin oxucularını və yazarlarını yetişdirir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi