"Peşə seçimi"mövzusunda seminar təşkil edildi.

Yuxarı sinif şagirdlərində düzgün peşəyə yönəlmə,düzgün istiqamətin təyin olunması xüsusi həssaslıqla yanaşmaya ehtiyac duyulan məsələdir. Bu məqsədlə məktəbdaxili görüşlərlə yanaşı digər müəssisələrdən peşəkar nümayəndələrin yuxarı sinif şagirdləri ilə maarifləndirici görüşlərin keçirilməsi məqsədəuyğun hesab edilir. Məktəbimizin qonağı İctimai iaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlim ustası Günel Soltanova oldu. IX-X sinifdə təhsil alan şagirdlər üçün "Peşə seçimi"mövzusunda seminar təşkil edildi. Görüşdə şagirdlərə peşə seçiminə təsir göstərən amillər, doğru və eyni zamanda ənənəvi yanaşmalar müzakirə olundu, peşə seçiminin müəyyənləşdirilməsinə xidmət edən sorğu keçirildi.