Kiçik Akademiya

Məktəbimizin Kiçik Akademiya üzvləri bu konfransda öz təqdimatları ilə çıxış etdilər.21 noyabr 2023-cü il tarixində Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev ilinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə rayon Konfransının birinci mərhələsi təşkil olundu. Məktəbimizin Kiçik Akademiya üzvləri bu konfransda öz təqdimatları ilə çıxış etdilər. Mövzu: Meyvələrin kimyəvi tərkibi Məqsəd : Son vaxtlar qida rasionumuzda bir çox zərərli maddələr üstünlük təşkil edir, məqsədimiz meyvələrin insan üçün necə faydalı olduğunu nümayiş etdirmək idi.

Ətraflı

Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı tədbirlərMəktəbdə  Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı tədbirlər planı tutulub təsdiq edilmişdir. Fevralın 20-dən 26-na qədər məktəbdə Xocalı həftəsi keçirilmişdir. Tədbirlər planından irəli gələn işlər həyata keçirilmiş, məktəbin internet saytında yerləşdirilmişdir. 25 fevral 2022- ci ildə Xocalı soyqırımına həsr edilmiş dərslər və məşğələlər  keçirilmişdir. Covid-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tələbləri nəzərə alınmaqla məktəbdə ədəbi –bədii kompozisiyalar, şagirdlərin  əl işlərindən ibarət rəsm sərgiləri təşkil olunmuşdur. Ayrı-ayrı siniflərdə sinif saatları, Xocalıya həsr edilmiş söhbətlər  aparılmışdır. Məktəbdə “Kiçik Akademiya ” nın üzvləri ilə “Xocalı əsrimizin qan yaddaşı ” adlı, ədəbi-bədii məclis keçirilmişdir. Tədbirdə məktəbin tarix müəllimləri , şagirdləri,  şəhid ailələri , iştirak etmişlər. Xocalı həftəsi “Dəli bir ağlamaq keçir könlümdən ” ədəbi-bədii müsiqili məclis , şəhidlər xiyabanına ziyarətlə bitmişdir.

Ətraflı

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “ Bütün dünyanın böyük mütəfəkkiri” adlı ədəbi-bədii musiqili məclisi25 may 2021-ci il tarixində məktəbdə Tems platforması üzərindən Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “ Bütün dünyanın böyük mütəfəkkiri” adlı ədəbi-bədii musiqili məclis keçirilmişdir. Giriş sözü ilə məktəbin direktoru Mətanət Abdullayeva çıxış etmiş, məclisi aparmaq üçün sözü məktəbin tərbiyə işləri üzrə direktor müavini Azadə Əliyevaya tapşırmışdır. Tədbirdə Xəzər Yazıçılar Birliyinin sədri şair, qəzəlxan, şerşunas və başqa nümayindələr iştirak etmişlər. Məclisdə Məktəb Kiçik Akademiyasının bölmələri üzrə Ədəbiyyat kafedrasının müəllimləri, Kiçik Akademiyanın üzvləri V-XI sinif şagirdlərinin bir neçəsi çıxış edərək  video çarxlar, slaydlar, fotoşəkillər nümayiş etdirmişlər. Tədbirdə Nizami Gəncəvi zirvəsinin ucalığından, onun poeziyasının möhtəşəmliyindən, nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsi olmasından dərin məlumatlar səslənmişdir.

Ətraflı

Azərbaycan Cumhuriyyətinin 103 illiyinə həsr edilmiş Şərqdə ilk Respublika Müstəqil Azərbaycan adlı Ədəbi bədii konfransAzərbaycan Cumhuriyyətinin 103 illiyinə həsr edilmiş Şərqdə ilk Respublika Müstəqil Azərbaycan adlı Ədəbi bədii konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə məktəbin Kiçik Akademiyası, Humanitar bölmə, Tarix kafedrasının müəllimi Gülzar Abdullayeva çıxış edərək Xalq Cumhuriyyatinin yaradılması və Müstəqil Azərbaycan haqqında ətraflı məlumat vermişdir. Elmi Praktik Konfransın gündəliyinə əsasən məktəbin tarix müəllimləri, ibtidai sinif müəllimləri və kiçik akademiyanın üzvləri “Şərqdə ilk Respublikanın yaradılması”, “Müstəqil Azərbaycan”, “Heydər Əliyev və Müstəqil Azərbaycan”, “Zəfər tariximiz” mövzularına toxunaraq elmi-məqalə, təqdimatla çıxış etmiş Kiçik Akademiyanın Mədəniyyət və İncəsənət bölməsinin üzvləri böyük Teams platforması üzərindən video görüntülər, Xarı bülbül festivalından fotoşəkillər, musiqi proqramı canlandırılmışdır.

Ətraflı

“Heydər Əliyev və Zəfər Tariximiz  Şuşa- Laçın” adlı elmi-praflaktik konfrans9 May 2021-ci il tarixində məktəbdə Microsoft Teams Platforması üzərindən “Heydər Əliyev və Zəfər tariximiz  Şuşa- Laçın” adlı elmi-praflaktik konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət himni ilə başlamışdır.  Daha sonar giriş sözü olaraq məktəbin direktoru Mətanət Abdullayeva çıxış edərək konfrans haqqında məlumat verdi, ardınca məktəbin tərbiyə işləri üzrə direktor müavini, məktəbin Kiçik Akademiyasının rəhbəri Azadə Əliyeva, Humanitar və İbtidai siniflər üzrə təhsil bölməsinin müəllimləri, təlim-tərbiyə işləri üzrə direktor müavini Sənubər Musayeva, məktəbin Kiçik Akademiyasının üzvləri V-XI sinif şagirdləri çıxış etmiş, Ümummilli Liderin Vətənə məhəbbət,xalqa xidmət çağırışı, uzaqgörən siyasəti, Azərbaycanın bu günü və gələcəyi naminə vacib işlərinə həsr olunmuş videoçarxlar və təqdimatlar. Möhtərəm Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, Azərbaycannın hərtərəfli inkişafını təmin etməsi 44  günlük müharibəyə, 1dəfə Rəşadətli orduya irəli deməsi torpaqlarının işğaldan azad olunmasın əks etdirən video çarxlar, bir neçə şəhid haqqında məlumatlar, onların  döyüş yolları- Sübhan Məmmədli, Əli Ələkbərov,Əsəd Əsədli və başqalarının haqqında videolar, çıxışlar, slaydlar hazırlanmışdır. Konfransın gündəliyi uğurla başa çatdırılmışdır. Təqdimatçı : Tərbiyə işləri üzrə direktor müavini 137 nömrəli məktəbin Kiçik Akademiyasının rəhbəri Əliyeva Azadə Rzabala qızı.

Ətraflı

“Heydər Əliyev və Zəfər Tariximiz Şuşa-Laçın”8 May tarixində Sabunçu rayon “Kiçik Akademiya” üzrə mərkəz məktəbinin, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Kiçik Akademiyaların Humanitar bölmə, Coğrafiya kafedraları üzrə Mikrasoft Teams platforması üzərindən  “Heydər Əliyev və Zəfər Tariximiz Şuşa-Laçın” adlı elmi praktik konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, daha sonra giriş sözü olaraq Sabunçu rayon Kiçik Akademiya üzrə mərkəz məktəbin rəhbəri, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev alaraq elmi praktik konfrans haqqında məlumat verdi. Ardınca Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı Şəhər Təhsil İdarəsinin Keyfiyyətə Nəzarət Sektorunun müdiri və başqa ziyalılar, rayon üzrə Kiçik Akademiyanın rəhbərləri, Kiçik Akademiyanın üzvləri çıxışlar etmişlər.  Çox möhtəşəm konfrans keçmişdir. Minnətdarıq!  Hörmətlə: 137 nömrəli tam orta məktəbin Kiçik Akademiya rəhbəri Azadə Əliyeva.   

Ətraflı

Nur saçan ömürMəktəbdə bütün ömrünü xalqın, millətinin yoluna həsr edən sadəliyi, təvazökarlığı, ucalığı ilə göyləri fəth edən böyük Oftalmoloq alim, Akademik Zərifə xanım Əliyevanın xatirə gününə həsr olunmuş sərgilər açılmış, sinif saatları keçirilmiş, video görüntülər yayımlanmışdır.Məktəbdə şagird və müəllimlər, pedaqoji kollektivin təşkilatçılığı ilə “Nur saçan ömür” adlı konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə məktəbin direktoru Mətanət Abdullayeva açmış və konfransı aparmağı tərbiyə işləri üzrə direktor müavini Azadə Əliyevaya həvalə olunmuşdur. Konfransda  akademik Zərifə Əliyevanın xatirələri, təhsili və fəaliyyətinin qiymətləndirilməsi, onun tibbi sahədə gördüyü işlər, onun sevgi, ümumxalq məhəbbəti qazanması, xidmətlərinin müqavilində xalqın verdiyi qiymətlərdən söhbət açılmışdır. Konfransda məktəbin Kiçik akademiyası bölməsi üzrə kafedra müəllimləri, KA-nın üzvləri, VII-XI sinif şagirdləri çıxış etmişlər. Konfransda Zərifə xanımın həyat yolu fəaliyyətinə həsr edilmiş slaydlar, fotoşəkillər öz əksini tapmışdır.

Ətraflı

“Kiçik akademiya”ları arasında keçirilən “İntellektual olimpiada”“Dünya Azərbaycanlılarının Həmrəylik günü”nə həsr olunmuş Sabunçu rayonu “Kiçik akademiya”ları arasında keçirilən “İntellektual olimpiada” da Elşən Məhərrəmov adına 137 nömrəli məktəb 2-ci yerə çıxaraq qaliblər arasında yer almışdır.Uğurlarımız bol olsun.

Ətraflı

Milli Musiqi günü18 sentyabr Milli Musiqi günü ilə əlaqədar 137 nömrəli məktəbdə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Mətanət Abdullayeva açmışdır. Daha sonra məktəbin musiqi müəllimi Nuranə Əsədova dahi bəstəkarımız Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından danışaraq Koroğlu üvertyrasını səsləndirmiş,şagirdlərin ifasında bəstəkarın musiqili komediyalarından rəqs parçaları göstərilmişdir.Sonda Sənsiz və Sevgili canan romansları 8 “E”,7 "C" və 6 “E” sinif şagirdlərinin ifasında səsləndirilmişdir.

Ətraflı

“Zəkalar” komandasına “5” ci yeri tutduqlarına görə  sertifikatla  təltif olunmuşlar112№li tam orta məktəbin “Kiçik Akademiya”sının təşkilatçılığı, Sabunçu Gənclər Evi və ADMİU TGT-nın tərəfdaşlığı ilə keçirilən “İnsan Hüqüqları Aylığı”na həsr olunmuş “Kiçik Akademiya”lar arasında intellektual olimpiadada final turunda uğurla iştirakına görə Sabunçu rayonu E.Məhərrəmov adına 137 №li tam orta məktəbin “Zəkalar” komandasına “5” ci yeri tutduqlarına görə sertifikatla təltif olunmuşlar.

Ətraflı

Kiçik Akademiyası”nın konfransı keçirilmişdirBakı şəhəri Sabunçu rayonu E.Məhərrəmov adına 137 nömrəli tam orta məktəbin “Kiçik Akademiyası”nın konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə məktəbin direktoru Mətanət Abdullayeva açaraq konfrans iştirakçılarını və qonaqları salamlayaraq onları bu uğur münasibətilə təbrik etmişdir. Məktəbdəki “Kiçik Akademiya”nın prezidenti Azadə Əliyeva KA-nın yaradılmasının vacibliyindən onun yaradılmasının şagirdlərin davamlı inkişafına göstərəcəyi müsbət təsir , şagirdlərin yaradıcılıq və elmi tədqiqat işlərinə meyl və marağının artırılması və bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkarlanmasına xidmət edəcəyini vurğuladı. Konfransda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları , gənc müəllimlər və mütəxəssislər, şuranın sədri , Fizika üzrə fəlsəfə doktoru Famil Salmanov , AMEA-nın riyaziyyat üzrə fəlsəfə doktoru dosent Rəşad Məsdəliyev , AMEA-nın Fəlsəfə institutu alimlər və mütəxəssislər şurasının sədri Tünzalə Musayeva çıxış edərək Kiçik Akademiyaya rəhbərlik edən himayəçilik şurasının üzvləri kimi dövrlər ərzində müxtəlif seminar , müzakirələr təşkil olunacağını vurğuladılar və onlara uğurlar arzuladılar. KA-nın bölmələr üzrə kafedralara rəhbərlik edən müəllimlər , konfrans iştirakçıları qarşısında nəzərdə tutulan fəaliyyətlərinin qısa təsvirindən danışmışlar. Sonda Akademiyadan yararlanan mədəniyyət və incəsənət bölməsinin üzvləri böyük konsert proqramı ilə çıxış etmişlər.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri Sabunçu rayonu E.Məhərrəmov adına 137№li tam orta məktəb 1971 -ci ildən fəaliyyət göstərir.1971-2007-ci illərdə ə...

BİZİM FƏXRLƏRİMİZ

İlqar İbrahimov Ehtibar

Ayşən İbrahimova Elşən

HAQQIMIZDA

Bakı şəhəri Sabunçu rayonu E.Məhərrəmov adına 137№li tam orta məktəb 1971 -ci ildən fəaliyyət göstərir.1971-2007-ci illərdə ə...

BİZİM FƏXRLƏRİMİZ

İlqar İbrahimov Ehtibar

Ayşən İbrahimova Elşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi