Kiçik Akademiyası”nın konfransı keçirilmişdir

Bakı şəhəri Sabunçu rayonu E.Məhərrəmov adına 137 nömrəli tam orta məktəbin “Kiçik Akademiyası”nın konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə məktəbin direktoru Mətanət Abdullayeva açaraq konfrans iştirakçılarını və qonaqları salamlayaraq onları bu uğur münasibətilə təbrik etmişdir. Məktəbdəki “Kiçik Akademiya”nın prezidenti Azadə Əliyeva KA-nın yaradılmasının vacibliyindən onun yaradılmasının şagirdlərin davamlı inkişafına göstərəcəyi müsbət təsir , şagirdlərin yaradıcılıq və elmi tədqiqat işlərinə meyl və marağının artırılması və bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkarlanmasına xidmət edəcəyini vurğuladı. Konfransda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları , gənc müəllimlər və mütəxəssislər, şuranın sədri , Fizika üzrə fəlsəfə doktoru Famil Salmanov , AMEA-nın riyaziyyat üzrə fəlsəfə doktoru dosent Rəşad Məsdəliyev , AMEA-nın Fəlsəfə institutu alimlər və mütəxəssislər şurasının sədri Tünzalə Musayeva çıxış edərək Kiçik Akademiyaya rəhbərlik edən himayəçilik şurasının üzvləri kimi dövrlər ərzində müxtəlif seminar , müzakirələr təşkil olunacağını vurğuladılar və onlara uğurlar arzuladılar. KA-nın bölmələr üzrə kafedralara rəhbərlik edən müəllimlər , konfrans iştirakçıları qarşısında nəzərdə tutulan fəaliyyətlərinin qısa təsvirindən danışmışlar. Sonda Akademiyadan yararlanan mədəniyyət və incəsənət bölməsinin üzvləri böyük konsert proqramı ilə çıxış etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi