“Heydər Əliyev və Zəfər Tariximiz Şuşa-Laçın”

8 May tarixində Sabunçu rayon “Kiçik Akademiya” üzrə mərkəz məktəbinin, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Kiçik Akademiyaların Humanitar bölmə, Coğrafiya kafedraları üzrə Mikrasoft Teams platforması üzərindən  “Heydər Əliyev və Zəfər Tariximiz Şuşa-Laçın” adlı elmi praktik konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, daha sonra giriş sözü olaraq Sabunçu rayon Kiçik Akademiya üzrə mərkəz məktəbin rəhbəri, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev alaraq elmi praktik konfrans haqqında məlumat verdi. Ardınca Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı Şəhər Təhsil İdarəsinin Keyfiyyətə Nəzarət Sektorunun müdiri və başqa ziyalılar, rayon üzrə Kiçik Akademiyanın rəhbərləri, Kiçik Akademiyanın üzvləri çıxışlar etmişlər.  Çox möhtəşəm konfrans keçmişdir. Minnətdarıq!  Hörmətlə: 137 nömrəli tam orta məktəbin Kiçik Akademiya rəhbəri Azadə Əliyeva.   
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi