Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı tədbirlər

Məktəbdə  Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı tədbirlər planı tutulub təsdiq edilmişdir. Fevralın 20-dən 26-na qədər məktəbdə Xocalı həftəsi keçirilmişdir. Tədbirlər planından irəli gələn işlər həyata keçirilmiş, məktəbin internet saytında yerləşdirilmişdir. 25 fevral 2022- ci ildə Xocalı soyqırımına həsr edilmiş dərslər və məşğələlər  keçirilmişdir. Covid-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tələbləri nəzərə alınmaqla məktəbdə ədəbi –bədii kompozisiyalar, şagirdlərin  əl işlərindən ibarət rəsm sərgiləri təşkil olunmuşdur. Ayrı-ayrı siniflərdə sinif saatları, Xocalıya həsr edilmiş söhbətlər  aparılmışdır. Məktəbdə “Kiçik Akademiya ” nın üzvləri ilə “Xocalı əsrimizin qan yaddaşı ” adlı, ədəbi-bədii məclis keçirilmişdir. Tədbirdə məktəbin tarix müəllimləri , şagirdləri,  şəhid ailələri , iştirak etmişlər. Xocalı həftəsi “Dəli bir ağlamaq keçir könlümdən ” ədəbi-bədii müsiqili məclis , şəhidlər xiyabanına ziyarətlə bitmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi