“Heydər Əliyev və Zəfər Tariximiz  Şuşa- Laçın” adlı elmi-praflaktik konfrans

9 May 2021-ci il tarixində məktəbdə Microsoft Teams Platforması üzərindən “Heydər Əliyev və Zəfər tariximiz  Şuşa- Laçın” adlı elmi-praflaktik konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət himni ilə başlamışdır.  Daha sonar giriş sözü olaraq məktəbin direktoru Mətanət Abdullayeva çıxış edərək konfrans haqqında məlumat verdi, ardınca məktəbin tərbiyə işləri üzrə direktor müavini, məktəbin Kiçik Akademiyasının rəhbəri Azadə Əliyeva, Humanitar və İbtidai siniflər üzrə təhsil bölməsinin müəllimləri, təlim-tərbiyə işləri üzrə direktor müavini Sənubər Musayeva, məktəbin Kiçik Akademiyasının üzvləri V-XI sinif şagirdləri çıxış etmiş, Ümummilli Liderin Vətənə məhəbbət,xalqa xidmət çağırışı, uzaqgörən siyasəti, Azərbaycanın bu günü və gələcəyi naminə vacib işlərinə həsr olunmuş videoçarxlar və təqdimatlar. Möhtərəm Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, Azərbaycannın hərtərəfli inkişafını təmin etməsi 44  günlük müharibəyə, 1dəfə Rəşadətli orduya irəli deməsi torpaqlarının işğaldan azad olunmasın əks etdirən video çarxlar, bir neçə şəhid haqqında məlumatlar, onların  döyüş yolları- Sübhan Məmmədli, Əli Ələkbərov,Əsəd Əsədli və başqalarının haqqında videolar, çıxışlar, slaydlar hazırlanmışdır. Konfransın gündəliyi uğurla başa çatdırılmışdır. Təqdimatçı : Tərbiyə işləri üzrə direktor müavini 137 nömrəli məktəbin Kiçik Akademiyasının rəhbəri Əliyeva Azadə Rzabala qızı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi