Nur saçan ömür

Məktəbdə bütün ömrünü xalqın, millətinin yoluna həsr edən sadəliyi, təvazökarlığı, ucalığı ilə göyləri fəth edən böyük Oftalmoloq alim, Akademik Zərifə xanım Əliyevanın xatirə gününə həsr olunmuş sərgilər açılmış, sinif saatları keçirilmiş, video görüntülər yayımlanmışdır.Məktəbdə şagird və müəllimlər, pedaqoji kollektivin təşkilatçılığı ilə “Nur saçan ömür” adlı konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə məktəbin direktoru Mətanət Abdullayeva açmış və konfransı aparmağı tərbiyə işləri üzrə direktor müavini Azadə Əliyevaya həvalə olunmuşdur. Konfransda  akademik Zərifə Əliyevanın xatirələri, təhsili və fəaliyyətinin qiymətləndirilməsi, onun tibbi sahədə gördüyü işlər, onun sevgi, ümumxalq məhəbbəti qazanması, xidmətlərinin müqavilində xalqın verdiyi qiymətlərdən söhbət açılmışdır. Konfransda məktəbin Kiçik akademiyası bölməsi üzrə kafedra müəllimləri, KA-nın üzvləri, VII-XI sinif şagirdləri çıxış etmişlər. Konfransda Zərifə xanımın həyat yolu fəaliyyətinə həsr edilmiş slaydlar, fotoşəkillər öz əksini tapmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi