Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “ Bütün dünyanın böyük mütəfəkkiri” adlı ədəbi-bədii musiqili məclisi

25 may 2021-ci il tarixində məktəbdə Tems platforması üzərindən Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “ Bütün dünyanın böyük mütəfəkkiri” adlı ədəbi-bədii musiqili məclis keçirilmişdir. Giriş sözü ilə məktəbin direktoru Mətanət Abdullayeva çıxış etmiş, məclisi aparmaq üçün sözü məktəbin tərbiyə işləri üzrə direktor müavini Azadə Əliyevaya tapşırmışdır. Tədbirdə Xəzər Yazıçılar Birliyinin sədri şair, qəzəlxan, şerşunas və başqa nümayindələr iştirak etmişlər. Məclisdə Məktəb Kiçik Akademiyasının bölmələri üzrə Ədəbiyyat kafedrasının müəllimləri, Kiçik Akademiyanın üzvləri V-XI sinif şagirdlərinin bir neçəsi çıxış edərək  video çarxlar, slaydlar, fotoşəkillər nümayiş etdirmişlər. Tədbirdə Nizami Gəncəvi zirvəsinin ucalığından, onun poeziyasının möhtəşəmliyindən, nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsi olmasından dərin məlumatlar səslənmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi