“Zəfər Yolu” adlı esse müsabiqəsi
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Gülnar və Sevinc 8-ci sinif şagirdləri arasında 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Zəfər Yolu” adlı esse müsabiqəsi təşkil etdilər. Bu müsabiqədə şagirdlər Azərbaycanın tarixi zəfərini, vətənpərvərlik ruhunu və qəhrəmanlıq dəyərlərini öz düşüncələri ilə ifadə edərək esse yazdılar. Tədbir, gənclərdə milli mənəvi dəyərləri möhkəmləndirmək və Vətən müharibəsində qazandığımız şanlı qələbəni gələcək nəsillərə aşılamaq məqsədi daşıyır.