“Vortex” komandasının üzvləri tərəfindən məktəblilərlə oyun
Bakı Şəhər Gənclər və İdman İdarəsinin və “Ultimate Azerbaijan” idman cəmiyyətinin birgə təşkilatçılığı ilə məktəblilər üçün ultimate frizbi təlimləri davam edir.
Oktyabrın 25-i keçirilən təlim Binəqədi rayonunda 135 nömrəli məktəbdə baş tutub.
Təlimdə “Ultimate Frisbee” idman cəmiyyətinin “Vortex” komandasının təlimçi-oyunçuları Lalə Tağıyeva və İsa Hüseynov iştirak edərək, məktəblilərə frizbi oyununu izah edib, onların suallarını cavablandırıblar. Daha sonra təlimçilər iştirakçıları komandalara bölərək, onlarla birlikdə oynayıblar. Sonda “Vortex” komandasının üzvləri tərəfindən məktəblilərə frizbi diski və stikerlər hədiyyə olunub.
Layihənin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması və asudə vaxtlarının səmərəli təşkili üçün şərait yaratmaqdır. Bu təşəbbüs, gənclərin fiziki aktivliyini artırmaq, hərəkətli müxtəlif oyunları önə çıxarmaq və sosial əlaqələri gücləndirmək məqsədini daşıyır.