“Göyçək Fatimə” nağıl tamaşasına baxış
Məktəbimizin ibtidai sinif müəllimi Şəhla müəllim və onun şagirdləri valideynlərinin təşəbbüsü ilə şənbə günü “Göyçək Fatimə” nağıl tamaşasına gedərək dərsdənkənar asudə vaxtlarını gözəl keçirdiblər. Bu fəaliyyət, şagirdlərin həm əylənməsinə, həm də milli nağıllarımıza maraqlarının artmasına şərait yaradıb. Valideynlərin təşəbbüsü ilə təşkil olunan bu gəzinti, həm uşaqların asudə vaxtlarının səmərəli keçməsini və mədəni biliklərinin genişlənməsini həm də şagirdlərin dünyagörüşünün inkişaf etdirilməsini təmin edib.