“Yaradıcı Müəllim” müsabiqəsinin məktəb mərhələsi
Məktəbimizdə 07.10.2024 - 25.10.2024 tarixləri arasında keçirilən “Yaradıcı Müəllim” müsabiqəsinin məktəb mərhələsi, təhsil keyfiyyətinin yüksəldilməsi və müəllimlərin yaradıcı potensialının üzə çıxarılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu müsabiqədə biologiya müəllimi Rəsulova Səyyadxanım, coğrafiya müəllimi Məmmədova Züleyxa, riyaziyyat müəllimi Abbaszadə Sevinc və Azərbaycan dili və ədəbiyyat müəllimi Abdullayeva Aynurənin iştirakı, onların uğurlu və innovativ yanaşmalarını nümayiş etdirmək imkanı yaratmışdır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əsasnaməsinin 5.5.4-cü bəndi çərçivəsində bu kimi tədbirlər, müəllimlərin yaradıcılıq qabiliyyətlərini geniş ictimaiyyətə tanıtmaq və digər təhsil işçilərinə onların uğurlu təcrübələrini çatdırmaq məqsədini daşıyır. Bu müsabiqə vasitəsilə tədris prosesinə gətirilən yeni yanaşmalar, şagirdlərin dərslərə marağını artıraraq təhsil keyfiyyətinə müsbət təsir göstərir. Bundan əlavə, bu kimi tədbirlər müəllimlər üçün motivasiya mənbəyi olmaqla yanaşı, innovativ tədris metodlarının tətbiqi üçün əlverişli imkanlar yaradır