“Qlobal İqlim Dəyişikliyi və İnsan Sağlamlığı: Təsirlərinin Azaldılmasında Davamlı Həllər və İnnovativ Təşəbbüslər” mövzusunda ADA Universitetində konfrans
"Regional İnkişaf" İctimai Birliyi tərəfindən oktyabrın 29-u “Qlobal İqlim Dəyişikliyi və İnsan Sağlamlığı: Təsirlərinin Azaldılmasında Davamlı Həllər və İnnovativ Təşəbbüslər” mövzusunda ADA Universitetində konfrans keçirilmişdir. Konfransda 135 nömrəli tam orta məktəbi şagirdləri, biologiya müəllimi Səyyadxanım və kimya müəllimi İradə müəllim təmsil etmişdir. Bu səfər zamanı şagirdlər iqlim dəyişikliyinin sağlamlıq üzərindəki təsirləri və bu problemlərin həlli yolları haqqında dərin biliklər əldə etdilər. Mütəxəssislərlə ADA Universitetində davamlı inkişaf və iqlim dəyişikliyi mövzusunda biliklər,innovativ elmi yanaşmalarI öyrəndilər. Bu lahiyə əsasında görüş şagirdlərin qlobal problemlərə baxışını genişləndirəcək və onların ekoloji şüurunun inkişafına böyük töhfə verəcək.