3 Dekabr Beynəlxalq Əlillər günüdür

Əlillər günü münasibətilə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəsulzadə Cəvahir  V c sinif şagirdləri ilə “Əlillər bizdən fərqli deyil” mövzusunda açıq dərs keçirilmişdir.Dərsin keçirilməsində məqsəd kiçik yaşlı şagirdlərlə cəmiyyətdə əlilliyi olan bütün insanların bizimlə eyni hüquqa malik olduğunu bildirmək idi.

Dərs çox maraqlı keçdi .Qruplar hazırladıqları təqdimatları nümayiş etdirdikdən sonra kiçik səhnəciklər də göstərdi.

Dərsdə direktor müavinləri-Muxtarzadə İradə,Əliyev Cavanşir müəllimlər-Aydəmirova Aygün,Abbasova Sevinc iştirak edirdi.

Sonda müəllimlər də çixiş edərək şagirdlərin bu məsələyə həssas yanaşmalarının təqdirə layiq hərəkət olduğunu qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi