İcma Əsaslı Məktəbəqədər Təhsil Layihəsi Çərçivəsində 4 Yaşlı Qrup Tədbir Təşkil Etdi

N. Nərimanov adına 128 №-li tam orta məktəbdə fəaliyyət göstərən İcma Əsaslı Məktəbəqədər Təhsil qrupu 4 yaşlı uşaqlar üçün maraqlı və rəngarəng tədbir təşkil edib.
Tədbirin məqsədi məktəbəqədər yaşlı uşaqlarda sosial bacarıqların, dil və nitq inkişafının təşviqi, onların sərbəst çıxış etmə və özünü ifadəetmə qabiliyyətlərinin gücləndirilməsi olub.
Tədbir zamanı uşaqlar şeirlər söyləyib, mahnılar oxuyub, müxtəlif səhnəciklər nümayiş etdiriblər. Tədbirin gedişində onların yaş səviyyəsinə uyğun oyunlar və fəaliyyətlər də təşkil olunub, valideynlər və müəllimlər tərəfindən böyük maraqla izlənilib.
Belə tədbirlər uşaqların erkən yaşlarından sosial mühitə uyğunlaşmasına, özünəinamın formalaşmasına və yaradıcı inkişafına müsbət təsir göstərir.