"Son zəng" tədbiri keçirildi

14 iyun 2025-ci il tarixində məktəb həyatının başa çatması münasibətilə "Son zəng" tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə və torpaqlarımız uğrunda canlarını fəda edən vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Daha sonra tədbirə məzunlar dəvət olundu.Tədbirdə məktəb rəhbərliyi, kollektiv, şəhid anaları, valideynlər də iştirak edirdi.Məzunları təbrik edən məktəbin direktoru 200+ bal toplayan şagirdlərə "Təşəkkürnamə" lər təqdim etdi. Məzunlar bir-birindən maraqlı musiqi sədaları ilə çıxışlar etdilər.Simvolik son zəng çalındı.