FƏXRİMİZ

Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə Qori seminariyasını,1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakultəsini bitirmişdir.1905-ci ildə Sosial-Demokrat “Hümmət” təşkilatının rəhbərliyinə daxil olmuş,Rusiya Sosial-Demokrat Fəhlə ( bolşeviklər) Partiyasının ( RSDF(P)) məramnaməsini Azərbaycan dilinə çevirmişdir.1909-cu ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilmişdir.1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olunmuşdur.                                                                                                                                                                                                                                                                        Artıq  1917-ci ildə N.Nərimanov “Hümmət” Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDFP Bakı komitəsinin üzvü, “ Hümmət” qəzetinin baş redaktoru idi.1918-ci ilin martında Nərimanov Bakı sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur.Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilir.Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışır.N.Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) şərq məsələləri üzrə Xalq komisarının müavini vəzifəsinə təyin edilir. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri  və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutur.1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İicraiyyə Komitəsinin sədrlərindən biri seçilir.N.Nərimanov 1894-cü ildə Azərbaycanda ilk kitabxananı yaratmışdır. N.Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölmüş və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilişdir. N.Nərimanov Atatürkə demişdir: “Qardaş qardaşa borc verməz əl tutar “                                                                 Bakı şəhəri Təhsil İdarəsinin nəzdində olan 128 № li məktəb N.Nərimanovun adını daşıyır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi