11-ci sinif şagirdlərinə attestatlar təqdim olundu

21 iyun 2025-ci il tarixində məktəbimizdə 11-ci sinif şagirdlərinə Tam orta təhsil haqqında attestatlar təqdim olundu. Bu tədris ilində məktəbimizi uğurla başa vuran 100 şagirdə attestat təqdim edildi.

Şagirdlərdən Əşrəfzadə Ramilə, Mustafayev Sənan və Əliyev Ramin yüksək nəticələr əldə edərək Fərqlənmə attestatı ilə təltif olundular.

Attestatları şagirdlərə məktəbin direktoru Əliyeva Sədaqət təqdim edərək məzunları təbrik etdi və gələcək həyatlarında onlara uğurlar arzuladı.

Məktəb kollektivi bütün məzunlarımızı ürəkdən təbrik edir və hər birinə parlaq gələcək diləyir!

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi