Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirildi

N. Nərimanov adına 128 №-li tam orta məktəbdə 28 May – Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub. Tədbir məktəbin kitabxanasında tarix müəllimləri, kitabxana müdiri və təlim-tərbiyə işləri üzrə direktor müavini Cavanşir Əliyevin təşkilatçılığı ilə baş tutub.

Dəyirmi masa zamanı şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun tarixi əhəmiyyəti, dövlətçilik ənənələri və Müstəqillik Gününün bugünkü əhəmiyyəti barədə geniş məlumat verilib. Tarix müəllimləri mövzunu əhatəli şəkildə təqdim edərək şagirdlərdə vətənpərvərlik hissinin aşılanmasına xüsusi diqqət yetiriblər.

Tədbir interaktiv şəkildə təşkil olunub, şagirdlər mövzu ətrafında fikir mübadiləsi aparıb, suallar verib və tarixi biliklərini nümayiş etdiriblər.

Bu cür maarifləndirici tədbirlər şagirdlərin milli-mənəvi dəyərlərlə böyüməsinə və tarixə dərin maraq göstərmələrinə şərait yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi