İbtidai sinif şagirdləri muzeylərdə maarifləndirici ekskursiyada oldular

N. Nərimanov adına 128 №-li tam orta məktəbin 4a, 4ç, 2h və 3d sinif şagirdləri boş vaxtlarını səmərəli keçirmək, həmçinin mədəni biliklərini artırmaq məqsədilə bir sıra muzeylərə ekskursiya ediblər.
"Açıq qapı günləri" çərçivəsində təşkil olunan bu ekskursiyalar zamanı şagirdlər Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Kitab Muzeyi və görkəmli rəssam Tahir Salahovun ev muzeyində olublar.
Ekskursiyalar zamanı şagirdlər Azərbaycanın tarixi və mədəni irsi ilə yaxından tanış olub, bələdçilərdən maraqlı və əyani məlumatlar əldə ediblər. Hər bir muzeydə təqdim olunan eksponatlar və məlumatlar onların dünyagörüşünün genişlənməsinə və estetik zövqünün formalaşmasına töhfə verib.
Belə tədbirlər ibtidai sinif şagirdlərinin həm əylənməsi, həm də öyrənməsi üçün mühüm rol oynayır və onların məktəbdənkənar fəaliyyətlərini daha da zənginləşdirir.