9a sinif şagirdləri Müasir İncəsənət Muzeyində ekskursiyada oldular

N. Nərimanov adına 128 №-li tam orta məktəbin 9a sinif şagirdləri tarix müəllimi Jalə, musiqi müəllimi Çiçək və dil-ədəbiyyat müəllimi Cəvahirin təşkilatçılığı ilə Müasir İncəsənət Muzeyinə ekskursiya ediblər.

Ekskursiyanın əsas məqsədi şagirdlərə müasir incəsənət haqqında əyani biliklər vermək, onların estetik dünyagörüşünü inkişaf etdirmək və yaradıcı düşüncəyə təşviq etmək olub.

Ekskursiya zamanı şagirdlər muzeydə nümayiş olunan müasir rəsm, installyasiya və heykəltəraşlıq nümunələri ilə yaxından tanış olub, müəllimlərin izahları və muzey bələdçisinin təqdimatı əsasında sənət əsərlərinin mənasını dərindən anlamağa çalışıblar.

Tədbirin sonunda şagirdlər ekskursiyadan aldıqları təəssüratları bölüşüb, belə maarifləndirici səfərlərin onların mədəni inkişafında və yaradıcı təfəkkürünün formalaşmasında mühüm rol oynadığını qeyd ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi