Peşə məktəbi ilə tanışlıq

20 May tarixində məktəbimizdə 9-cu sinif şagirdlərinin 5 nömrəli peşə məktəbi ilə tanışlığı məqsədilə təşkil olunan ekskursiya həyata keçirildi. Məqsəd şagirdlərin gelecek peşə seçimində düzgün istiqamətləndirilməsinə kömək etmək və onlara müxtəlif peşə sahələri haqqında əyani məlumat təqdim etmək idi. Ekskursiya zamanı şagirdlər peşə məktəbində mövcud olan ixtisaslar, tədris prosesi və praktiki dərslərlə yaxından tanış oldular. Onlara avtomexanik, aşpaz, elektrik montyoru, tikinti ustası, kompüter operatoru və digər peşələr haqqında geniş məlumat verildi. Həmçinin, müəllimlər və təlimçilər uşaqların suallarını cavablandırdılar, onlara bu sahədə uğur qazanmaq üçün lazım olan bacarıq və keyfiyyətlərdən danışdılar. Bu cür tanışlıqlar şagirdlərin gələcək planlarını qurmasında mühüm rol oynayır və onların əmək bazarının tələblərinə uyğun formalaşmasına şərait yaradır. Peşə məktəbləri həm nəzəri, həm də praktiki biliklərin verilməsi ilə şagirdlərin gələcəkdə ixtisaslı kadr kimi yetişməsinə zəmin yaradır.