Məktəbimizdə futbol yarışı keçirildi.

12 may tarixində məktəbin V-VI sinifləri arasında Heydər Əliyevin 103-cü il dönümü ilə əlaqədar olaraq futbol yarışı keçirildi. Yarışın keçirilməsinin əsas məqsədi şagirdlər arasında idmana marağı artırmaq, komanda ruhunu gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək idi. Finalda VI k sinfi ilə VI b sinfi mübarizə aparmış və VI k sinfi 2-0 hesabı ilə qələbə qazanmışdır. VI k sinfini təbrik edir və uğurlar arzulayırıq!