"Bəxtiyar Vahabzadə poeziyası"

8 may tarixində məktəbin kitabxanasında "Bəxtiyar Vahabzadə poezisiyası" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənova Qaratel 7a sinif şagirdləri ilə təșkil etmişdi. Müəllim Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi.
Daha sonra şagirdlər Bəxtiyar Vahabzadə yaradıcılığından qırmızı xətlə keçən "Ana" mövzusuna toxundular. Bu barədə şairin yazdığı "Ana hədiyyəsi" şeirini 7a sinif şagirdi Ələskərli Mədinə səsləndirdi. 1963-cü ildə doğma anasını itirən Bəxtiyar Vahabzadə "Ana" şeirini yazır və şeiri bizə 8g sinif şagirdi Əbdülova Zeynəb səsləndirdi. Şeir qəmli olduğu üçün heç kim göz yaşlarını tuta bilmədi.
Bəxtiyar Vahabzadə yaradıcılığı çoxşaxəli, rəngarəng və maraq doğurandır. Şair təbiətin qoynunda böyümüş və təbiət hadisələrinə fərqli münasibəti ilə yadda qalmış biridir. Șagirdlər şairin bu mövzuda yazdığı "Yağma, yağış", sevgi mövzusunda yazdığı "Mən yandım,sən isindin" , "Sən getdin" ,"Unutmaq istərəm" , "Yaman darıxmışam", "Bir salama dəymədi" şeirlərini səsləndirdilər.
Həyat, ömür, yaşlanmaq və ölüm haqqında düşüncələr şairi bir an olsun belə tərk etmir,daim bu mövzular haqqında düşünür və müəllif özünəməxsus ifadələrlə "Ömür" şeirini qələmə alır. "İki kor" "İnsan kimi saxla məni" fəlsəfi düşüncələrlə dolu bu şeirlərin də şairin yaradıcılığında xüsusi yeri var.
Vətənpərvər ruhda böyümüş şair vətən mövzusuna müraciət etməyə bilməzdi. "Ana yurdum" şeiri bu mövzuda yazdığı şeirlərin içərisində xüsusi yer tutur.
Şeirlər dinlədikdən sonra Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə" adlı şeirinə bəstələnən eyniadlı musiqi səsləndirildi. Sonda tədbirlə bağlı dəyərli fikirlərini öyrənmək üçün söz Azərbaycan dili və ədəbiyyat müəllimi,eyni zamanda metodbirləşmə sədrimiz Həsənova Cəvahirə və kitabxanamızın müdiri Quliyeva Yaxşıxanım müəllimə verildi. Tədbir onların dəyərli fikirləri ilə sonlandırıldı.