Qohumlararası nikahların fəsadları

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi, reproduktiv sağlamlıq, erkən və qohumlararası nikahların qarşısının alınması məqsədi ilə təqdim olunmuş “Ümumi təhsil müəssisələrinin VIII və IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsait” əsasında məktəbin biologiya müəllimi Xanım Əliyeva tərəfindən 1 May tarixində VIII ə və IX ç sinif şagirdləri ilə “Qohumlararası nikahların fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir zamanı şagirdlərlə aparılan qarşılıqlı müzakirələr əsasında erkən yaşda həyata keçirilən və eləcə də qohum evliliyinin səbəbləri araşdırılıb, cəmiyyətdə təhlükə törədə biləcək nəticələri vurğulanıb. Şagirdlərin sualları cavablandırılıb. Tədbirin sonunda məktəbin direktoru Sədaqət Əliyeva şagirdlərə mövzu ilə bağlı tövsiyələri qeyd etmişdir.