Elmi-metodik görüş təşkil olundu
1–5 may tarixlərində ibtidai siniflərin tətil müddətindən istifadə olunaraq ibtidai sinif müəllimlərinin iştirakı ilə elmi-metodik görüş təşkil olundu. Görüşdə əsas məqsəd müəllimlər arasında təcrübə mübadiləsi aparmaq, tədris zamanı qarşıya çıxan çətinlikləri müzakirə etmək və yeni metodik yanaşmaları paylaşmaq idi.
Tədbirdə müxtəlif dərs fənləri üzrə — Azərbaycan dili, riyaziyyatın inkişafı kimi mövzular ətrafında müzakirələr aparıldı. Müəllimlər effektiv dərs metodları, şagirdlərin fərdi inkişafına yönəlmiş tapşırıqlar, açıq sualların tətbiqi və qiymətləndirmə meyarları ilə bağlı fikirlərini bölüşdülər.
Xüsusilə ibtidai siniflərdə şagirdlərin marağını artırmaq və onların yaradıcı düşüncəsini inkişaf etdirmək məqsədilə tətbiq olunan oyunlaşdırma və layihə əsaslı öyrənmə metodlarına xüsusi diqqət yetirildi.