Bədii qiraət saatı təşkil olundu

20.04.2025-ci il tarixində məktəbimizin kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəllimi Tükəzban Əliyeva və 8a sinfi kitabxana rəhbərliyi ilə birlikdə "Molla Nəsrəddin jurnalı" adlı "bədii qiraət saatı" təşkil etdi.
Şagirdlər "Molla Nəsrəddin" jurnalının yaradıcıları, jurnalın tənqid obyektləri haqqında təfərrrüatlı məlumatlatları ilə çıxış etdilər. Sonra şagirdlər jurnalda dərc olunan məqalələri səsləndirdilər. Hər bir məqalənin ideyasına şagirdlər tərəfindən fikir bildirildi. 
Sonda şagirdlər jurnalın mənəvi dəyərini, xalqımızı qəflət yuxusundan oyatmağa xidmət edən misilsiz bir mənbə olduğu qənaətinə gəldilər.
Müəllim sonda ümumiləşdirmə apardı. 
Jurnalda olan bəzi məqalələrin bu günümüz üçün də aktual olduğu bildirildi. Şagirdlərə təhsildən yayınamağa, pis vərdişlərdən uzaq olmağa çağırış olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi