N. Nərimanovun anadan olmasının 155 illiyi münasibətilə məktəbin kitabxanasında tədbir keçirilmişdir.

N. Nərimanovun anadan olmasının 155 illiyi münasibətilə məktəbin kitabxanasında tədbir keçirilmişdir. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İsmayılova Şəbnəm IX c sinif şagirdləri ilə təşkil etmişdir. Tədbirdə məktəbin direktoru Ə.Sədaqət , kitabxana müdiri Q. Yaxşıxanım, UBR Ə.Gülər, kitabxanaçı M.Mehparə , Azərbaycan dili və ədəbiyyat müəllimi R.Cəvahir, tarix müəllimi Q.Jalə iştirak etmişdilər. Tədbirdə N.Nərimanovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi. Şagirdlər N. Nərimanovun həm bədii yaradıcılığı, həm də ictimai-siyasi fəaliyyətini dolğun canlandırdılar. Nərimanovun həm dram əsərləri, həm də epik yaradıcılığı müzakirə edildi. Şagirdlər N.Nərimanovun əziz xatirəsini böyük hörmət və ehtiramla yad etdilər.