"Bədii qiraət saatı" təşkil olundu.

14.04.2025-ci il tarixində məktəbimizin kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəllimi M. Hicran kitabxana rəhbərliyi ilə birlikdə 5ə sinfi ilə "bədii qiraət saatı" təşkil etdi. Şagirdlər N. Gəncəvinin "Sirlər xəzinəsi" əsərindən "Süleyman peyğəmbərlə qoca əkinçinin hekayəsi" "Firidun şahın ceyran ovu hekayəti" hekayələrini təqdim etdilər.
Əvvəlcə şagirdlər ədəbiyyat dərsinde N. Gəncəvi yaradıcılığından keçdikləri "Kərpickəsən kişinin dastanı" hekayəsinin ideyası və orada səsləndirilən fikirlərə münasibət bildirdilər. Daha sonra şagirdlər Nizami Gəncəvinin yaradıcılığından atalar sözü, hikmətli kəlamlar səsləndirdilər. Sonda şagirdlər N. Gəncəvi yaradıcılığında əsas mövzuların əməyin təbliği, ədalətli hökmdar, insansevərlik, yaxşılıq və s. olduğu qənaətinə gəldilər. Müəllim ümumiləşdirmə apararaq 3 hekayənin məzmunu və ideyası ilə bağlı fərqli və oxşar cəhətlərini şagirdlərlə birgə təhlil etdi. Nizaminin bu əsərlərinin müasir dövrdə aktual olduğu bildirildi.