"9-cu sinif şagirdləri ilə maarifləndirici görüş keçirildi."

15 aprel tarixində 9-cu sinif şagirdləri ilə Mədəniyyət və sənətkarlıq üzrə 13 nömrəli Bakı peşə məktəbinin nümayəndələri arasında görüş keçirildi. Görüşün keçirilməsinin məqsədi şagirdləri peşə təhsili imkanları ilə tanış etmək, onları maraqlandıra biləcək sahələr haqqında məlumat vermək və gələcək ixtisas seçimlərinə kömək etmək idi. Görüşdə məktəb rəhbərliyi də iştirak edirdi.