"Nəriman Nərimanovun 155 illiyi"

Bu il Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, yazıçı, maarifçi və həkim Nəriman Nərimanovun anadan olmasının 155 illiyidir.
Nəriman Nərimanov (1870–1925) – xalqının maariflənməsi, sosial ədalət və milli oyanış uğrunda mübarizə aparmış, çoxşaxəli fəaliyyəti ilə tarixə düşmüş bir şəxsiyyətdir. O, həm ədəbiyyat, həm tibb, həm də siyasət sahəsində mühüm işlər görmüşdür.
Nərimanov həmçinin milli-mənəvi dəyərlərə bağlı bir ziyalı idi. O, azərbaycançılıq ideyasını daşıyan ilk böyük ictimai xadimlərdən biri olmuş, millətin gələcəyi naminə ömrünü sərf etmişdir.
Bu münasibətlə məktəbin musiqi müəllimi N. Çiçək 7a sinif şagirdləri ilə tədbir keçirmişdir. Tədbirdə məktəbin direktoru Ə. Sədaqət Məktəbdənkenar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Ə. Cavanşir çıxış edərək Nəriman Nərimanov haqqında ətraflı melumat vermişlər, videoçarxa baxılmışdır.
Nəriman Nərimanovun 155 illiyi bizə bir daha xatırladır ki, xalqını sevən, maarifə ədalətə və gələcəyə xidmət edən insanlar heç vaxt unudulmur.