128 nömrəli tam orta məktəbdə valideynlərlə görüş keçirilib.

128 nömrəli tam orta məktəbdə birinci sinfə elektron qeydiyyat prosesinə dair valideynlərlə görüş keçirilib. Tədbirin məqsədi valideynləri prosesin gedişatı, qaydalar və elektron qeydiyyatın üstünlükləri barədə məlumatlandırmaq olub.
Görüş zamanı məktəb rəhbərliyi və müəllimlər valideynlərə "Rəqəmsal Məktəb" platformasında 1-ci sinif qeydiyyat prosesini izah ediblər. Onlara sistemdən istifadə qaydaları ətraflı izah olunub və yaranan suallar cavablandırılıb. Həmçinin, internetə çıxışı olmayan və ya elektron qeydiyyat prosesində çətinlik çəkən valideynlər üçün Alternativ Qeydiyyat Mərkəzinin fəaliyyət göstərdiyi bildirilib. Bu mərkəz iş günləri saat 10:00-dan 16:00-dək valideynlərə dəstək göstərir.
Məktəb rəhbərliyi valideynləri qeydiyyat prosesini vaxtında tamamlamağa və övladlarının təhsil həyatına uğurlu başlanğıc verməyə çağırıb.