"Bahar çələngi" adlı tədbir keçirildi.

8mart tarixində ibtidai sinif müəllimi U. Gözəl və musiqi müəllimi N. Çiçəyin təşkilatçılığı altında 3d sinfi ilə "Bahar çəələngi" adlı tədbir keçirildi. Tədbirdə şagirdlər müxtəlif çıxışlar nümayiş etdirərək bayram ab-havasını canlandırdılar.
Şənlik çərçivəsində milli rəqslər, şeirlər, səhnəciklər və musiqi nömrələri təqdim olundu. Novruzun əsas simvollarından olan Kosa və Keçəl də tədbirə xüsusi rəng qatdı.
Tədbirin əsas məqsədi milli adət-ənənələri uşaqlara tanıtmaq, onları birlik və bayram ruhu ilə bir araya gətirmək idi. Şagirdlərin fəallığı və maraqlı çıxışları tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılandı.
Bu cür tədbirlərin keçirilməsi uşaqların mədəni inkişafına və milli dəyərlərə bağlılığının artırılmasına böyük töhfə verir.