Məktəbdə su qənaəti mövzusunda maarifləndirici tədbir keçirildi.

Ekoloji maarifləndirmə məqsədi ilə su qənaəti mövzusunda tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, sagirdlər iştirak edirdi. Tədbir şagirdlərə su ehtiyatlarının qorunmasının vacibliyini izah etmək və onların ekoloji şüurunu artırmaq məqsədi ilə təşkil olunub. Tədbirdə su qənaəti mövzusunda videoçarx nümayis olundu, dünyada su çatışmazlığı, su israfının qarşısının alınması yolları və ekoloji cəhətdən məsuliyyətli davranış haqqında məlumat verildi. Şagirdlərə bir daha suyun gündəlik həyatımızdakı rolundan bəhs edərək onun qənaətlə istifadə olunmasının vacibliyi vurğulandı.